Haqqımızda Cərrahiyyə Portalı
  • Cərrahiyyə Portalı

     

    Azərbaycan Respublikasının uğurlu inkişafı səhiyyə sistemində də, özünü göstərir. Paytaxt Bakıda və Respublikamızın digər bölgələrində açılmış yeni tibb müəssisələri, əhaliyə tibbi xidmət səviyyəsinin yüksəlməsinə gətirib çıxarır. Artıq cərrah və anestezioloqlarımız, dünyanın istənilən ölkələrində ixtisaslarını artıra bilir. Bu, çox sevindirici haldır.

     

    Portalımızın məqsədi, cərrahi xəstələrin əməliyyatlarının uyğun və ixtisaslaşmış cərrahlar tərəfindən qüsursuz şəkildə əməliyyat xidməti göstərilməsindən ibarətdir. Çox zaman bəzi cərrahi xəstələr, lazım olan ixtisas üzrə cərrah tərəfindən əməliyyat olunmurlar. Bu portalın yaradıcıları, ixtisasca anestezioloq - reanimotoloqlardır. Yuxarıda göstərdiyimiz hallarla anestezioloqlar daha çox qarşılaşırlar. Odur ki, cərrahi xəstələrin əməliyyatlarının, uyğun ixtisaslı cərrahlar tərəfindən əməliyyat olunmalarını təmin etmək istəyirik.

     

    Portalımızda göstərilən cərrahlar təcrübəli, xarici ölkələrdə ixtisas alan həkim - cərrahlardır. Anestezioloqlar yaranmış cərrahi xəstəliyin, hansı cərrah tərəfindən əməliyyatın uğurla aparılacağını daha dəqiq bilir. Bu səbəbdən Siz, portalımızla əlaqə saxlayacaq, əməliyyatınızı anestezioloqlara həvalə etmiş olacaqsınız. Biz anestezioloqlar, xəstələrin ixtisas üzrə cərrah seçiminə yardımçı olacağıq.

     

    Allah bütün xəstələrə şəfa versin!

     

    Çalışın xəstələnməyin!